Su idman növləri üzrə dünya çempionatı Kazandan alındı

Əziz Əzizli
Su idman növləri üzrə dünya çempionatı Kazandan alındı

2025-ci ildə Kazanda keçirilməsi planlaşdırılan su idman növləri üzrə dünya çempionatı Sinqapura köçürülüb.

 "Operativ Media" xəbər verir ki, Tatarıstanın idman naziri Vladimir Leonov bu ay bildirib ki, onun idarəsi Beynəlxalq Üzgüçülük Federasiyası ilə 2025-ci ildə Kazanda Dünya Çempionatına ev sahibliyi etmək üçün danışıqları davam etdirirdi. Həmin vaxt tədbirin təxirə salınması ilə bağlı heç bir məlumat yox idi.

Xatırladaq ki, Kazan 2023-cü ildə UEFA Superkubokunu keçirmək hüququnu da itirib. Tədbir Afina şəhərində keçiriləcək 

Digər xəbərlər