"Sumqayıt" yeni hücumçu ilə gücləndi
Əziz Əzizli
Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib.
"Operativ Media" xəbər verir ki, "Sumqayıt" son olaraq Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış etmiş Kamran Əliyevlə 2,5 illik müqavilə imzalayıb. 24 yaşlı azərbaycanlı futbolçu “Sumqayıt” FK-nın heyətində “23” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Rusiyanın “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal” (Tula) komandalarında da çıxış edib. Kamran həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 2 oyun keçirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net