UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Gent” (Belçika) oyunun biletləri bu gün saat 11:00-dan etibarən satışa çıxarılacaq.
"Operativ Media" xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.
Satış məntəqələri aşağıdakı ünvanlardadır.
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (11:00-22:00).