Azərbaycan Premyer Liqası matçlarının yayımı ödənişli oldu

Əziz Əzizli
Azərbaycan Premyer Liqası matçlarının yayımı ödənişli oldu

Peşəkar Futbol Liqası və “Insports.tv” beynəlxalq şirkəti arasında rəsmi müqavilə bağlanılıb.

"Operativ Media" xəbər verir ki, belə ki, 2022/2023 mövsümünün sonuna qədər Misli Premyer Liqası və I Divizion yarışlarının internet üzərindən yayımı yalnız “Insports.tv” saytı və tətbiqində mümkün olacaq. Matçları izləmək istəyənlər 6 avrolarından keçməli olacaq 

Qeyd edək ki, “InStat” şirkətinin tərkibində olan “Insports.tv” 2018-ci ildən fəaliyyət göstərir və müxtəlif ölkələrin futbol, futzal, reqbi kimi bir sıra idman növlərinin çempionatlarını internet üzərindən canlı yayımlayır. 

Digər xəbərlər