20 May 2025, 10:46
Daha iki təhsil müəssisəsi direktoru vəzifələrindən uzaqlaşdırılıb
Daha iki təhsil müəssisəsi direktoru vəzifələrindən uzaqlaşdırılıb şəkil
Daha iki təhsil müəssisəsi direktoru vəzifələrindən uzaqlaşdırılıb

Paytaxtdakı ümumi təhsil müəssisələrində aparılan monitorinqlər nəticəsində Agentlik tərəfindən verilən təlimatların icra vəziyyəti, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması ilə bağlı istiqamətlər araşdırılır, məktəb direktorlarının fəaliyyəti peşəkar meyarlar əsasında qiymətləndirilir. 

May ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib.

Belə ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva ilə bağlanmış əmək müqaviləsinə 16 may 2025-ci il tarixdən xitam verilib.

Bununla yanaşı, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib. 

Ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin olunması, idarəetmənin və tədrisin keyfiyyətinin təşkili məqsədilə hər iki müəssisənin fəaliyyəti nəzarətə götürülməklə, direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Qeyd edək ki, təhsil müəssisələrində monitorinq və yoxlamalar davamlı və ardıcıl olaraq həyata keçirilir.

Son xəbərlər
Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb
İlham Əliyev Britaniya Kralını təbrik edib
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb