Menyu

Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Nicat Hüseynli
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib
1 dəq oxu

Azərbaycan nümayəndə heyətinin üzvü Yalçın Rəfiyev Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində bir sıra ikitərəfli görüşlərdə iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan nümayəndə heyətinin üzvü Yalçın Rəfiyev “X” sosial şəbəkə hesabında paylaşım edib.

O, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Vuld Şeyx Əhməd, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Alisjahbana və Macarıstandakı Türk Dövlətləri Təşkilatı ofisinin direktoru Balaş Hendrix ilə görüşüb.

Y.Rəfiyev, həmçinin iqlim danışıqlarında iştirak etdiyini, yüksək səviyyəli müzakirələrdə çıxış etdiyini və COP29 mirası təşəbbüslərinin təqdimatına həsr olunan tədbirlərə qatıldığını bildirib.

Həmin tədbirlərdə səhiyyə, enerji və təhsil sahələrində iqlim fəaliyyətinin inkişafı, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq məsələləri müzakirə olunub.

Fotogalereya

Əlaqəli Xəbərlər