Menyu

Tramp: Putin Ukrayna ilə bağlı mövqeyində geri addım atır

Operativ Media
Tramp: Putin Ukrayna ilə bağlı mövqeyində geri addım atır
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna müharibəsi ilə bağlı müəyyən güzəştlərə getdiyini düşünür.

Operativ Media xəbər verir ki, Tramp jurnalistlərlə söhbətində Putinin daha sərt mövqe tuta biləcəyini, lakin hazırda müəyyən qədər geri çəkildiyini deyib.

“Putin Ukrayna məsələsində bir qədər geri çəkilir. O, daha sərt davrana bilərdi. Açığını desəm, güzəştlərə gedir”, – deyə ABŞ Prezidenti bildirib.

Xatırladaq ki, noyabrın 10-da ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələri Əbu-Dabidə danışıqlar aparıblar.

Görüşlərdə müharibənin dayandırılması, ərazi məsələləri və Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi müzakirə olunub.

Əlaqəli Xəbərlər