Menyu

HƏMAS-ın hərbi qanadının bölmə komandiri zərərsizləşdirilib

Operativ Media
HƏMAS-ın hərbi qanadının bölmə komandiri zərərsizləşdirilib
1 dəq oxu

İsrailin Müdafiə Ordusu HƏMAS-ın hərbi qanadının taqım komandiri Hüssam Salehin öldürüldüyünü bildirib.

Operativ Media xəbər verir ki, bu barədə qurumun bəyanatında qeyd olunub.

İsrail hərbçilərinin sözlərinə görə, o, 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumun iştirakçılarından biri olub.

İsrail Müdafiə Ordusunun məlumatına görə, əməliyyat zamanı HƏMAS-ın daha 4 yaraqlısı öldürülüb.

"Müharibə ərzində bu şəxslər dinc İsrail sakinlərinə və hərbi qulluqçularına hücumlarda iştirak edib, həmçinin atəşkəs rejimini dəfələrlə pozaraq HƏMAS-ın döyüş potensialının bərpası ilə məşğul olublar". - açqlamada bildirilir.

Əlaqəli Xəbərlər