Menyu

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

Operativ Media
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
1 dəq oxu

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Operativ Media xəbər verir ki, görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı, əməkdaşlığın inkişaf edən gündəliyi, eləcə də regional və beynəlxalq proseslər müzakirə olunub.

Tərəflər enerji təhlükəsizliyi, bağlantılar və regional sabitlik də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər