Menyu

"SOCAR Petroleum": Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur

Operativ Media
"SOCAR Petroleum": Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur
1 dəq oxu

Azərbaycanın digər bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasına da avtomobil benzininin daşınması daimi olaraq mövcud tələbata və ehtiyaca uyğun, tam sistemli formada həyata keçirilir.

Operativ Media xəbər verir ki, bu barədə “SOCAR PETROLEUM” QSC Naxçıvan Muxtar Respublikasında avtomobil benzini qıtlığının yaşandığı ilə bağlı yayılan məlumatlara dair cavab bildirilib.

"Naxçıvan Muxtar Respublikasında avtomobil benzininin təchizatı və tədarük həcmləri ilə bağlı səsləndirilən suallara cavab olaraq bildiririk ki, yanacaq tədarükündə hər hansı azalma və ya gecikmə qeydə alınmamışdır.

İddiaların əksinə olaraq, Bakıdan Naxçıvana yanacağın daşınmasında logistik və ya sistemli bir problem mövcud deyil. Digər bölgələrimizlə yanaşı, Naxçıvan Muxtar Respublikasına da daşınma daimi olaraq mövcud tələbata və ehtiyaca uyğun, tam sistemli formada həyata keçirilir. Gündəlik və aylıq tədarük həcmləri regionun yanacaq tələbatını tam qarşılayacaq səviyyədə tənzimlənir", - QSC-dən bildirilib.

Qeyd olunub ki, mövcud təchizat zəncirində heç bir qıtlıq və ya fasilə yoxdur. Yanacağın növbəti partiyalarının Naxçıvana çatdırılması müəyyən edilmiş təchizat qrafikinə uyğun olaraq, ardıcıl şəkildə icra edilməkdədir.

“SOCAR PETROLEUM” QSC ölkənin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında istehlakçıların keyfiyyətli və fasiləsiz yanacaqla təmin olunması istiqamətində fəaliyyətini uğurla davam etdirir", - məlumatda vurğulanır.

Əlaqəli Xəbərlər