Menyu

Aİ və Cənubi Qafqaz ölkələrinin xarici işlər nazirləri Brüsseldə görüşəcəklər

Nicat Hüseynli
Aİ və Cənubi Qafqaz ölkələrinin xarici işlər nazirləri Brüsseldə görüşəcəklər
1 dəq oxu

Avropa İttifaqı və Mərkəzi Asiya, Cənubi Qafqaz, Qara dəniz regionu ölkələrinin xarici işlər nazirləri Brüsseldə görüşəcəklər.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas görüşdə Qara dəniz təhlükəsizliyi, regional əlaqələr və əməkdaşlığın genişləndirilməsinin müzakirə olunacağını bildirib.

Tərəflər həmçinin nəqliyyat, logistika, enerji təhlükəsizliyi və Orta Dəhlizin inkişafı məsələlərini müzakirə edəcəklər. Görüşdə Suriya, Yaxın Şərq və Ukraynadakı vəziyyət də gündəmdə olacaq.

Əlaqəli Xəbərlər