Menyu

Vladimir Putin və Donald Trampın müzakirə edəcəyi məsələlər açıqlanıb

Operativ Media
Vladimir Putin və Donald Trampın müzakirə edəcəyi məsələlər açıqlanıb
1 dəq oxu

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında noyabrın 19-da beynəlxalq danışıqların aparılması planlaşdırılır.

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

O, görüşü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASOİƏT) sammiti çərçivəsində keçiriləcək ən mühüm tədbirlərdən biri adlandırıb.

Uşakovun sözlərinə görə, Cared Kuşner və Stiv Uitkoffun Moskvaya səfəri zamanı Putin və Tramp arasında görüşə hazırlıq məsələləri ümumi şəkildə müzakirə edilib, danışıqların gündəliyi ilə bağlı razılıq əldə olunub.

O bildirib ki, görüşdə Ukrayna məsələsi, ABŞ-nin münaqişənin nizamlanması ilə bağlı təklifləri və Rusiyanın mövqeyi müzakirə olunacaq.

Rusiya Prezidentinin köməkçisi görüşün keçiriləcəyi vaxt və məkanın hələ dəqiqləşdirildiyini, lakin danışıqların mütləq baş tutacağını vurğulayıb.

Uşakov, həmçinin həmin gün Çin Dövlət Qonaq Evində Çin Prezidenti Si Cinpin, Vladimir Putin və Donald Trampın iştirakı ilə üçtərəfli görüşün də keçiriləcəyini bildirib.

Əlaqəli Xəbərlər