Menyu

Karateçilərimiz beynəlxalq turniri 23 medalla başa vurub

Operativ Media
Karateçilərimiz beynəlxalq turniri 23 medalla başa vurub
1 dəq oxu

Azərbaycan karateçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi Open-2026” beynəlxalq turnirində 23 medal qazanıblar.

Operativ Media xəbər verir ki, noyabrın 14-15-də təşkil olunan WKF karate yarışı 7 ölkədən 600 idmançının iştirakı ilə baş tutub.

Təmsilçilərimiz turniri 9 qızıl, 2 gümüş və 12 bürünc medalla başa vurublar.

Qeyd edək ki, Azərbaycan komandası yarışda məşqçilər Bəşir Mahmudov və İbrahim Heydərovun, hakimlər Mehman Əlirzayev və Murad Hacızadənin müşayiəti ilə təmsil olunub.

Əlaqəli Xəbərlər