Menyu

"Real Madrid" dünya çempionu oldu

Əziz Əzizli
"Real Madrid" dünya çempionu oldu
1 dəq oxu

Mərakeşdə keçirilən klublararası dünya çempionatına yekun vurulub.

"Operativ Media" xəbər verir ki, finalda İspaniyanın “Real” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandaları qarşılaşıblar.

Məhsuldar alınan matç Avropa təmsilçisinin qələbəsiylə yekunlaşıb. Beləcə, “Real” tarixində beşinci dəfə mundialın qalibi olub. Madrid təmsilçisi daha öncə 2014, 2016, 2017 və 2018-ci illərdə də DÇ-nin qalibi olmuşdu.

Əlaqəli Xəbərlər