TFF klubların liqalardan çəkilmə qərarını qəbul etdi

Əziz Əzizli
TFF klubların liqalardan çəkilmə qərarını qəbul etdi

Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraşda zəlzələdən zərər çəkən klubların liqalardan çəkilmə tələbini qəbul edib.

"Operativ Media" xəbər verir ki, TFF  Süper Liqdən "Hatayspor" ,"Qaziantep" , 1-ci Liqdən "Yeni Malatyaspor" ,"Adanaspor" , 2-ci Liqdən "Adıyaman" , 3-cü Liqdən "Niğde Anadolu", "Malatya Arquvanspor" klublarının liqlərdən çəkilmə tələblərini qəbul edib.

Liqadan çıxacaq komandalar 2023-2024 futbol mövsümündə və 2022-2023 mövsümündə olduqları liqalarda idman fəaliyyətlərini davam etdirəcəklər. Mövsümün qalan hissəsi üçün TFF tərəfindən olan alacaqları komandalara ödəniləcək.

 

Digər xəbərlər