Qaziantepin Nurdağı rayonunda 156 saatdan sonra dağıntılar altından xilas edilən 9 yaşlı Semih İncə azarkeşi olduğu “Qalatasaray”ın qapıçısı Muslera ilə video-söhbət edib, formasını istəyib.
"Operativ Media" xəbər verir ki, O, xilasedicilərin əməliyyat zamanı rahatlatmaq üçün "Hansı komandaya azarkeşlik edirsən" sualına "Qalatasaray ", "hansı futbolçunu bəyənirsən" sualına isə Muslera cavabını verib.
Xəstəxanaya gətirilən Semihin dağıntılardan xilas olarkənki dialoqunu xəbəərdən öyrənən Fernando Muslera "Qalatasaray"ın vəkili vasitəsilə telefonla görüntülü danışıb.