Türkiyə Super Liqası təmsilçisi "Beşiktaş" heyətinə yeni futbolçu cəlb etmək istəyir.
"Operativ Media" xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Tuluza" klubunun braziliyalı futbolçusu Rafael Rataonu transfer etmək istəyir. Futbolçunu Braziliya klubu "Flamenqo" da heyətinə qatmaqda israrlıdır.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ səbəbindən transfer pəncərəsi fevralın 18-ə kimi açıq qalacaq.