Menyu

Rövlan Muradov: Milliyə dəvət almamağımın səbəbini özümdə görürəm

Əziz Əzizli
Rövlan Muradov: Milliyə dəvət almamağımın səbəbini özümdə görürəm

"Sumqayıt" klubunun sabiq futbolçusu, hal-hazırda azad agent olan Rövlan Muradovun Operativ Media-ya müsahibəsi.

- Premyer Liqanın son mövsümünü necə dəyərləndirirsiniz?

- Şəxsi performansımdan razı qalmadım, komanda şəklində də həmçinin. Daha yüksək pillələrdə ola bilərdik. Amma ümumilikdə çempionat çox gərgin keçdi.

- "Sumqayıt"ın uğursuz çıxışını nə ilə əlaqələndirmək olar?

- Bir çox səbəbləri ola bilər. Əgər uğursuzluq varsa, başda futbolçular olmaqla hər kəsin günahı var.

- Mövsümün son turlarında meydana az çıxmağınızın klubdan getməyinizə təsiri ola bilər?

- Bəli. Klubda qarşılaşdığım münasibət getməyimə təsir etdi.

- Ümumilikdə "Sumqayıt" karyeranız sizə nə verdi?

- İlk mövsüm çox uğurlu oldu. Komanda çox gözəl çıxış etdi və Avrokuboklara vəsiqə qazandıq. Bu, yaddaşımda çox xoş xatirələrlə qaldı.

- Hal-hazırda azad agentsiz. Legioner limitinin ləğvini nəzərə alsaq karyeranızı xaricdə davam etdirmək ehtimalı var? Hansısa təkliflər gəlibmi?

- İstəyim də budur ki, ölkə xaricində çıxış edim. Amma alınıb-alınmamağı zaman göstərəcək. Bəli, təkliflər olub.  Həm yerli, həm də ölkə xaricindən. Amma hələlik ortaq bir məxrəcə gələ bilməmişik.

- Fernandu Santuşun sizi milliyə dəvət etəməməsinin səbəbini özünüzdə ya baş məşqçidə görürsüz?

- Təbii ki, özümdə görürəm. Son turlara yaxın oynamadım. Səbəblər də bəlli idi. Düşünürəm ki, oynasaydım, dəvət alardım.

- Milli komandanın son çıxışları haqqında nə deyə bilərsiniz? 

Təbii ki, milli komanda hər bir oyuna qələbə üçün çıxmalıdır və çıxır da. Sadəcə, alınıb-alınmamaq məsələsi var. Düşünürəm ki, daha da mübarizə apararaq oyunlarda qələbələr qazanıb xalqımızı və ölkəmizi sevindirə bilərlər.

Teqlər:

"R\u00f6vlan Muradov: Milliy\u0259 d\u0259v\u0259t almama\u011f\u0131m\u0131n s\u0259b\u0259bini \u00f6z\u00fcmd\u0259 g\u00f6r\u00fcr\u0259m"

Əlaqəli Xəbərlər