"River Pleyt" klubunun stadionunun tutumu artırılıb - FOTO

Əziz Əzizli
"River Pleyt" klubunun stadionunun tutumu artırılıb - FOTO

Argentina Peşəkar Liqasının 3-cü həftəsində "River Pleyt"in "Argentinos Junior"a 2-1 qalib gəldiyi matçda rekord qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu matçda "Antonio Vespucio Liberti" stadionunda 83 198 azarkeş iştirak etdiyindən azarkeş sayına görə rekord qeydə alınıb. Bu, 21-ci əsrdə Argentinanın stadionlarında rekord sayda azarkeşdir. Stadionun əvvəlki tutumu 76.000 idi. Yenilənməden sonra bu say 83.198-ə çıxarılıb.

Qeyd edək ki, "River Pleyt" klubunun stadionu təmirdən sonra Cənubi Amerikada ən böyük tutuma malik satdion olub.

Digər xəbərlər