Türkiyədə episentri Kahramanmaraş olan zəlzədə dağıntılar altından sağ çıxarılan insanlara dəstək verənlər kifayət qədərdir.
"Operativ Media" xəbər verir ki, "Qalatasaray"ın sabiq baş məşqçi Fatih Tərim dağıntılar altından sağ çıxarılan və xəstəxanaya yerləşdirilən Bensu adlı uşaqla görüntülü danışaraq ona dəstək olub. "Qalatasaray" azarkeşi olan Bensu Fatih Tərimdən imzalı forma istəyib. Baş məşqçi onun bu istəyini reallaşdıracağını bildirib.