15 Fevral 2023, 18:39
Qurban Qurbanov: "Sabah qapıda kimin dayanacağına qərar verməmişəm"
Qurban Qurbanov: "Sabah qapıda kimin dayanacağına qərar verməmişəm" şəkil
Qurban Qurbanov: "Sabah qapıda kimin dayanacağına qərar verməmişəm"

Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Gent” (Belçika) oyunu öncəsi mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

"Operativ Media" xəbər verir ki, o, əvvəlcə sabahkı matç barədə fikirlərini bildirdi...

- Çox vacib oyuna çıxacağıq. İkinci dəfədir, Konfrans Liqasının pley-offunda çıxış edirik. Çox istərdik ki, keçənilkindən daha yaxşı nəticə qazanaq. Bunun üçün meydanda hər detalın düzgün istifadəıolunmasına çalışacağıq. Demək olar ki, bütün futoblçular hazırdır. Rəqibin özünəməxsus oyun üslubu var. 90 dəqiqə pressinq edirlər və sürətlidirlər. Məncə, maraqlı oyun olacaq. Həm yaxşı oyun, həm də yaxşı nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik. Sabah bəzi risklərə getməliyik. Rəqib də risk edir. Biz də bunu etməliyik. Hər zonada çox diqqətli olmalıyıq. Yaxşı mübarizə aparıb, uğurlu nəticə əldə etməyə çalışacağıq. İlk oyundur, hansısa epizodlarda daha diqqətli, ehtiyatlı davranmalıyıq. Çünki cavab matçı da olacaq. İndi sabahkı görüşü düşünürük. Azarkeşləırimizin qarşısında yaxşı oyun göstərməyə çalışacağıq.

- Doğma azarkeşlər qarşısında oynayırsız və rəqib uzun məsafə qət edib. Bunlar üstünlüklərinizdir. Bəs sizi narahat edən əsas məqam hansıdır?

- Bəli, doğma Bakımızda oynayacağıq. Azarkeş, meydan üstünlüyümüz var. Narahat edəcək böyük problemimiz yoxdur. Sadəcə, komandam tam istədiyim hazırlıqda deyil. Amma inanmıram ki, bu, problem yaratsın. Qarşıda daha yaxşı “Qarabağ” gözləyirəm. Oyundan oyuna performansımızın yüksələcəyini düşünürəm. Hələ istədiyimiz səviyyəyə çatmamışıq. Bu da böyük narahatlıq verməməlidir. İnşallah, qarşıda daha yaxşı olacağıq.

- Yeni transferlər komandaya uyğunlaşıb? Sabah hansısa meydanda olacaq?

- Uyğunlaşmaq bir o qədər çətin deyil. Sadəcə, hazırlıqları o səviyyədə deyil ki, 90 dəqiqə meydanda mübarizə apara bilsinlər. Kollektivə tam uyğunlaşıblar. İlk günlərdə bir az utancaqlıq var idi. Get-gedə daha yaxşı, rahat, sərbəst hiss edirlər. Əvvəlki performanslarını qaytarmalıdırlar ki, istədiyimiz kimi olsunlar. Oyunun gedişatına görə qərarlar verəcəyik. Heyəti təxmin etmişəm. Amma həm bu gün, həm də sabah səhər məşqimiz olacaq. Sabah son qərarı verə bilərik. Kiminsə oynama ehtimalı da var, heyətdən çıxma ehtimalı da.

- İlk oyunu evdə keçirmək daha yaxşıdır, yoxsa səfərdə?

- Son vaxtlar bu haqda düşünmürəm. Futbol elə səviyyəyə gəlib ki, bir o qədər də fərq etmir. Həmişə öz azarkeşlərimizin qarşısında oynamaq xoşdur. Əvvəllər ilk oyunun səfərdə olmasını fikirləşirdik. Amma xeyli matçımız olub ki, cütün taleyini səfərdə həll etmişik. Bu gün üçün bəlkə də, evdə oynamaq daha uyğundur. Dəyişə biləcəyimiz bir şey yoxdur. Ona uyğun addım atmalıyıq. Cavab oyunu istənilən halda tam fərqli olacaq. İlk matçın nəticəsinə görə hazırlaşırsan.

- Heyətdə çox dəyişikliklər var. Əsas qapıçı Şahruddin Məhəmmədəliyev isə zədəlidir. Qapını kimə əmanət edəcəksiz?

- Heyətdə çox dəyişikliklər oldu. Zədəlilərimiz də var. 3-4 futbolçumuzun kənarda olması heç də asan deyil. Kadi, Ovusunun olmaması, Abbasın zədələnməsi məni narahat edir. Yeni oyunçular da tam hazır deyil. Qapı xəttinə gəldikdə, hələ tam qərar verməmişəm. Hər ikisi oynaya bilər. Oyunda biləcəksiz

Son xəbərlər
Türkiyənin Azərbaycandakı səfirliyi Gədəbəydə həlak olan əsgərlərlə bağlı başsağlığı verib
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb
Çin "CERES-1" raketi ilə kosmosa 6 peyk buraxıb
CHP fövqəladə qurultay keçirəcək