Adama Diakabi: "Azarkeşlərin mənim üçün etdikləri xoşuma gəldi"

Əziz Əzizli
Adama Diakabi: "Azarkeşlərin mənim üçün etdikləri xoşuma gəldi"

Qarabağ”ın yarımmüdafiəçisi Adama Diakabi Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.

"Operativ Media" xəbər verir ki, o, Bakıda baş tutan və 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Çox yaxşı oyun oldu. Qələbə qazandıq. Qarşıda bir oyunumuz da var. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə keçək.

Debütümə gəlincə, meydana çıxanda azarkeşlər məni dəstəklədilər. Bunu hiss etdim. Elə futbolçuyam ki, belə fanatların qarşısında olmağı sevirəm. Azarkeşlərin mənim üçün etdikləri xoşuma gəldi, əlavə motivasiya oldu. Fanatlarımız çox yaxşıdır. Komanda yoldaşlarım oyuna çıxmamışdan öncə onlar haqqında mənə məlumat vermişdilər. Azarkeşlərin qarşısında oyun keçirməyi həyacanla gözləyirdim”.

Fransalı hücumameylli yarımmüdafiəçi cavab matçında meydana çıxıb-çıxmayacağının Qurban Qurbanovdan asılı olduğunu vurğulayıb: “Baş məşqçi mənə formamı yığmağa kömək edir. Addım-addım bunun üzərində çalışıram. Komandama daha çox kömək olmağa çalışacağam”.

Digər xəbərlər