Mahir Emreli "Fənərbaxça" klubuna qarşı forma geyinməyəcək - SƏBƏB

Əziz Əzizli
Mahir Emreli "Fənərbaxça" klubuna qarşı forma geyinməyəcək - SƏBƏB

Mahir Emrelinin Türkiyə Super Liqasında debütü ləngiyəcək. Azərbaycan millisinin üzvünə “Fənərbaxça” ilə matçda meydana çıxmağa icazə verilməyib.

"Operativ Media" Futbolinfo.az saytına istinadən xəbər verir ki, ötən həftə “Konyaspor”a keçən hücumçu ayın 25-də İstanbulda baş tutacaq oyunda olmayacaq. Bunun səbəbi Emreliin oyunun əslində baş tutmalı olduğu tarixədək transfer edilməməsidir.

Qarşılaşma fevralın 6-da keçirilməli idi. Ancaq Türkiyədə baş verən zəlzələ üzündən qarşılaşma bu həftəyə təxirə salınıb. Qaydaya görə, komandalar bu ayın 25-də baş tutacaq qarşılaşmada öncədən təqdim edilən iştirak ərizəsi ilə çıxış etməlidir. Belədə fevralın 14-də qeydiyyata alınan Emrelinin adı matçın protokoluna salınmayacaq.

Digər xəbərlər