İtaliya A Seriyasını növbəti turunda “Roma” “Empoli” klubu ilə üz-üzə gəlib.
"Operativ Media" xəbər verir ki, paytaxt təmsilçisi görüşdən 1:0 hesabı ilə qalib ayrılıb. Matçın ardından komandanın baş məşqçisi Joze Mourinyo oyun barədə fikirlərini bildirib:
“İnsanları başa düşmürəm. Oyunçularımın əziyyətini hədər edirlər. Futbolçuların hər birinə minnətdaram. Komandam barədə deyilənlər məni dəhşətə gətirir. Mətbuat da bizə kömək olmur. Başqaları udanda dahi, biz qalib gələndə şanslı oluruq. Hələ də “Roma”nın nələr edəcəyini başa düşməyiblər”.






