"Qalatasaray" erməni futbolçu ilə razılığa gəldi

Əziz Əzizli
"Qalatasaray" erməni futbolçu ilə razılığa gəldi

Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray" heyətini "Dinamo Moskva"nın erməni  futbolçusu Arsen Zaxaryan ilə gücləndirməyə hazırlaşır.

"Operativ Media" xəbər verir ki, bu barədə məşhur futbol insayderi Nikola Skira məlumat paylaşıb.

Paylaşımda Müqavilənin 2027-ci ilə kimi nəzərdə tutulduğu bildirilib. "Qalatasaray" bu transfer üçün qarşı tərəfə 13 milyon avro ödəyəcək.

Digər xəbərlər