Menyu

Ərdoğan ilə Məhəmməd bin Salman müzakirə aparıblar

Operativ Media
Ərdoğan ilə Məhəmməd bin Salman müzakirə aparıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Söhbət zamanı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan gələcəkdə atılacaq addımlarla Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduqlarını ifadə edib.

Türkiyə Prezidenti həmçinin rəsmi Ankaranın Somali və Yəməndəki hadisələri yaxından izlədiyini, hər iki ölkənin ərazi bütövlüyünün qorunmasının regional sabitlik üçün əhəmiyyətli olduğunu bildirərək, ölkəsinin Yəməndə tərəflərin bir araya gətirilməsi səylərinə töhfə verməyə hazır olduğunu ifadə bildirib.

Ərdoğan eləcə də Qəzzada humanitar vəziyyətin qış mövsümündə ağırlaşdığını, Türkiyənin daimi atəşkəsin təmin olunması və bölgənin yenidən bərpası üçün çalışmağa davam etdiyini vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər