Menyu

Attestatla qəbul ali təhsilin səviyyəsinə necə təsir edər?

Ayşən Sadıxzadə
Attestatla qəbul ali təhsilin səviyyəsinə necə təsir edər?

Azərbaycanda bakalavriat səviyyəsinə qəbul zamanı attestat balı ilə qəbul imkanının yaradılması ilə bağlı təkliflər zaman-zaman səslənsə də, hesab edirəm ki, bu yanaşmanın tətbiqi məqsədəuyğun deyil. Çünki ali təhsilə qəbul sistemi yalnız attestat nəticələrinə əsaslanmamalı, bilik və bacarıqların obyektiv qiymətləndirilməsini təmin etməlidir.

Bu sözləri Operativ Media-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. 

O bildirib ki, əgər belə bir yanaşma tətbiq olunsa, ali təhsil sistemində ciddi problemlər və xaos yarana bilər. Məsələ təkcə qəbul mexanizmini dəyişmək deyil, ali təhsilin keyfiyyətini və rəqabət mühitini qorumaqdır:

“Magistratura pilləsində vəziyyət tamamilə fərqlidir. Bakalavriatdan magistraturaya keçid artıq müəyyən ixtisas üzrə ali təhsil almış şəxsin həmin sahədə biliklərini daha da dərinləşdirməsinə xidmət edir. Magistratura elmi və akademik məzmun daşıyan təhsil pilləsidir və burada tətbiq olunan qəbul prinsiplərini bakalavriat səviyyəsi ilə eyniləşdirmək düzgün olmaz.

Bu səbəbdən ali təhsil sistemində hər təhsil pilləsinin öz məqsədi və qiymətləndirmə meyarları qorunmalıdır. Əks halda, qəbul prosesində yaranacaq problemlər ali təhsilin keyfiyyətinə də mənfi təsir göstərə bilər”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər