Menyu

Azərbaycan və Pakistan arasında peşə hazırlığı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib

Operativ Media
Azərbaycan və Pakistan arasında peşə hazırlığı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının federal təhsil və peşə hazırlığı dövlət naziri Vaciha Qəmər ilə görüş olub.

Operativ Media xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Nazir müavini Hidayət Abullayev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın sosial sahədə də əlaqələrin genişlənməsinə imkan yaratdığını diqqətə çatdırıb.

Görüşdə əmək miqrasiyası, məşğulluq, peşə hazırlığı və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Nazirliklər arasında peşə hazırlığı sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Vaciha Qəmər peşə hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin inkişafı üçün geniş potensialın olduğunu, bu sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər