Menyu

İplik pambığın ixracı 2,14 dəfə artıb

Operativ Media
İplik pambığın ixracı 2,14 dəfə artıb

2026-cı ilin yanvar-iyun aylarında ölkədən 27,5 milyon ABŞ dolları dəyərində təxminən 12,3 min ton iplik pambıq ixrac edilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabata əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,14 dəfə, həcmi isə 2,27 dəfə artıb.

Cari ilin ilk yarısında iplik pambığın ümumi ixracda xüsusi çəkisi 0,17 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,50 faizə bərabər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər