Menyu

Bakıda daha bir kəsişmədə svetoforlar yenilənib

Operativ Media
Bakıda daha bir kəsişmədə svetoforlar yenilənib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində yeni svetoforların quraşdırılması, eləcə də zəruri ərazilərdə mövcud svetofor obyektləri və dirəklərinin yenisi ilə əvəzlənməsi işləri davam etdirilir. 

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsində olan köhnə nəqliyyat və piyada svetoforları yenilənib, dublyor svetoforlar quraşdırılıb. Bunlarla yanaşı, kəsişmədə daha hündür “L” və "A" tipli dirəklərin quraşdırılması ilə svetoforların görünmə dairəsi genişləndirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər