Menyu

"Zirə"dən ayrılan hücumçu Almaniya klubuna keçdi

Operativ Media
"Zirə"dən ayrılan hücumçu Almaniya klubuna keçdi
1 dəq oxu

Yay fasiləsində “Zirə”dən ayrılan Leroy Mikelsin yeni klubu müəyyənləşib.

Operativ Media xəbər verir ki, 31 yaşlı hücumçu Almaniyaya qayıdıb.

Ruanda millisinin üzvü III Bundesliqa təmsilçisi “Valdhof”lə anlaşıb. Mikels Mannheym klubu ilə artıq rəsmi müqavilə imzalayıb və yeni komandasının Avstriyada təşkil olunan təlim-məşq toplanışına qoşulub.

Qeyd edək ki, Münhenqladbax “Borussiya”sının yetirməsi olan Leroy Mikels ölkəmizdə “Şamaxı” və “Zirə”nin formasını geyinib.

Əlaqəli Xəbərlər