Menyu

Rodri bel əməliyyatı olacaq

Operativ Media
Rodri bel əməliyyatı olacaq
1 dəq oxu

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri belindəki zədə səbəbindən əməliyyat olunacaq.

​Operativ Media xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. 30 yaşlı ispaniyalı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.

​Xatırladaq ki, təcrübəli yarımmüdafiəçi İspaniya milli komandasının çempion olduğu DÇ-2026-nın ən yaxşı oyunçusu seçilib. O, turnir çərçivəsində keçirilən bütün 8 qarşılaşmada, o cümlədən İspaniyanın Argentina üzərində 1:0 hesablı qələbə qazandığı final matçında meydanda olub.

​Bu yay mətbuatda Madrid "Real"ının yarımmüdafiəçi ilə maraqlandığı barədə xəbərlər yayılıb. Qeyd edək ki, futbolçunun Mançester təmsilçisi ilə qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına kimidir.

​2019-cu ildən "Mançester Siti"də çıxış edən Rodri indiyədək komandanın heyətində keçirdiyi 298 rəsmi matçda 28 qol vurub və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər