İlqar Bayramlı: Peşə təhsilində qadınların iştirak payı 40 %-ə çatıb
Nicat Hüseynli
Qadınların peşə təhsilində iştirakı 2022-ci illə müqayisədə (32 %) keçən il üçün 40 %-ə yüksəlib.
Operativ Media xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu il 500-dək müəllimin ixtisasartırma və beynəlxalq təlimlərə cəlb olunması nəzərdə tutulur:
"Azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 21 ixtisas üzrə 532 şəxsə təlim keçirilməsi nəzərdə tutulub".
Direktor həmçinin əlavə edib ki, dual peşə təhsili modeli üzrə 57 ixtisasa 2 560 tələbənin qəbulu planlaşdırılır:
"Proqram 150-dən çox işəgötürənlə əməkdaşlıq əsasında həyata keçirilir".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net