Menyu

"Napoli" Lukaku ilə yollarını ayırır

Operativ Media
"Napoli" Lukaku ilə yollarını ayırır
1 dəq oxu

"Napoli" hücumçusu Romelu Lukaku ilə yolları ayırmağa qərar verib.

​Operativ Media xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. İtaliya təmsilçisi 33 yaşlı belçikalı hücumçunu rəsmi olaraq transferə çıxarıb və gələcək təklifləri gözləyir.

​Klub rəhbərliyi ilə futbolçunun meneceri Federiko Pastorello arasında keçirilən görüşdə əməkdaşlığa xitam verilməsi barədə razılıq əldə olunub. Neapol təmsilçisi hücumçudan maaşının azaldılmasını tələb etsə də, təcrübəli oyunçu bu şərtlə razılaşmayıb.

​"Napoli"nin prezidenti Aurelio De Laurentis də bu qərarı dəstəkləyir və uyğun təklifləri dəyərləndirməyə hazırdır. Həftələrdir bir çox klubun adı forvardla hallansa da, hələlik rəsmi addım atan olmayıb.

​2024-cü ilin avqustundan "Napoli"də çıxış edən Lukakunun müqavilə müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

​Hücumçu 2025/26 mövsümündə meydanda olduğu 7 matçda 1 qol vurub.

​"Transfermarkt" portalına görə futbolçunun transfer dəyəri 6 milyon avro təşkil edir.

Əlaqəli Xəbərlər