Menyu

"Beşiktaş" "Nyukasl"ın yarımmüdafiəçisini transfer etmək istəyir

Operativ Media
"Beşiktaş" "Nyukasl"ın yarımmüdafiəçisini transfer etmək istəyir
1 dəq oxu

"Beşiktaş" "Nyukasl"ın yarımmüdafiəçisi Co Uilloku heyətinə qatmaq niyyətindədir.

​Operativ Media xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, klublar 26 yaşlı ingilıs futbolçunun keçid məbləği ilə bağlı artıq danışıqlara başlayıblar. Eyni zamanda "Nyukasl" yarımüdafiəçiyə yeni müqavilə təklif etməyi planlaşdırmır.

​2021-ci ilin avqust ayından "Nyukasl"da çıxış edən Uillokun komanda ilə sözləşməsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

​Yarımmüdafiəçi 2025/26 mövsümündə keçirdiyi 39 qarşılaşmada 1 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

​"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 14 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər