Əraqçi İraqa səfər edib - YENİLƏNİB
İranın xarici işlər naziri Abbas Əraqçi İraqın Baş naziri Əli əl-Zeydi ilə görüşüb.
Operativ Media xəbər verir ki, A. Əraqçi bu barədə "Telegram" kanalında məlumat yayıb.
Bununla yanaşı, Əraqçi İraqın Prezidenti Nizar Amidi ilə də görüş keçirib.
Hər iki görüşün gündəliyinin Əraqçinin iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında açıqlanan məsələləri əhatə etdiyi bildirilir. Təfərrüatlar hələ açıqlanmır.
09:01
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün səhər rəsmi səfərlə İraqın paytaxtı Bağdada yola düşüb.
Operativ Media xəbər verir ki, səfər çərçivəsində Əraqçinin İraqın yüksəkvəzifəli rəsmiləri ilə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.
Bildirilib ki, səfərin gündəliyinə İranın keçmiş Ali Rəhbərinin dəfn mərasimi ilə bağlı İraqın aidiyyəti qurumları ilə zəruri koordinasiya məsələləri də daxildir.
dəqiqələr içində saytın olsun.