“Qarabağ”ın qələbəsi Azərbaycanı UEFA reytinqində lider etdi
UEFA-nın cari mövsümünün reytinqində Azərbaycanın mövqeyi yenidən dəyişib.
Operativ Media xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Tvente" (Niderland) üzərində 1:0 hesablı qələbəsi ölkəmizi liderliyə qaytarıb.
Azərbaycan 3.375 xalla Latviya ilə birgə ilk pilləni bölüşür. Ölkəmiz avrokuboklarda mübarizəni 2, Latviya isə 1 klubla davam etdirir.
Azərbaycanın 2026/27 mövsümündəki ümumi əmsalına "Sabah" və "Qarabağ"ın hər biri 1.250, "Zirə" 0.625, "Neftçi" isə 0.250 xal əlavə edib.
Qeyd edək ki, son 5 mövsümün nəticələrini nəzərə alınan UEFA-nın reytinqində ölkəmiz 21.937 xalla 26-cı yerdədir. 22.587 xalı olan Ukrayna 25-ci, 20.625 xala malik Slovakiya isə 27-ci sıradadır. Hər iki ölkə avrokuboklarda mübarizəni bir klubla davam etdirir.
Ümumi UEFA reytinqinə isə 98.574 xalla İngiltərə başçılıq edir. İtaliya 2-ci (84.303), İspaniya isə 3-cü (78.743) pillədədir.
dəqiqələr içində saytın olsun.