Menyu

Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı mətbuat konfransı keçirilib

Nicat Hüseynli
Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı mətbuat konfransı keçirilib

Peşə təhsili müəssisələrinə 2026/2027-ci tədris ili üzrə tələbə qəbulu prosesinin başlaması ilə bağlı media nümayəndələri üçün brifinq təşkil edilib.

Operativ Media xəbər verir ki, ilk olaraq media nümayəndələrinə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, son dövrdə əldə olunan nəticələr və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritetlər barədə ətraflı məlumat təqdim edilib. Qeyd olunub ki, həyata keçirilən tədbirlər peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, təhsil mühitinin müasirləşdirilməsinə və təlim prosesinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.

Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı cari tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu qaydaları və şərtləri, mövcud ixtisaslar və yeniliklər barədə məlumat verib. Agentlik rəhbəri qeyd edib ki, 2026/2027-ci tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 149 ixtisas olmaqla 33120 plan yeri üzrə aparılacaq.

Qeyd edək ki, peşə təhsili müəssisələrində son 10 ildə plan yerlərinin sayı 33 000-i ötür. Həmçinin, cari ildə qəbul planına 5 yeni ixtisas - geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru, çörək ustası əlavə edilib.

Peşə təhsili almaq istəyən şəxslər 23 iyul - 10 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ümumi orta və ya tam orta təhsil haqqında attestat əsasında aparılır. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər