Menyu

Kəngərli kəndində açıq ərazidə yanğın başlayıb

Operativ Media
Kəngərli kəndində açıq ərazidə yanğın başlayıb
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Operativ Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat-söndürmə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Əlaqəli Xəbərlər