Menyu

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Operativ Media
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
1 dəq oxu

Bakıda hazırda bəzi yollarda nəqliyyatın sıxlığı müşahidə olunur. 

Operativ Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 

Hal-hazırda yollardakı vəziyyət: 

 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

 4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

 5. "20 Yanvar" dairəsində;

 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

 7. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

 8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Əlaqəli Xəbərlər