Menyu

Emin Mahmudov: İkinci matça köklənməliyik

Operativ Media
Emin Mahmudov: İkinci matça köklənməliyik

Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk “Dinamo”suna qarşı keçirilən oyundan (2:4) sonra jurnalistlərin suallarını cavablandırıb.

Operativ Media müsahibəni təqdim edirik: 

- Matçın əvvəlində 8-ci dəqiqədə 2:0 hesabı ilə önə keçsəniz də, sonradan hər şey tam dəyişdi. Nə baş verdi, “Neftçi” niyə bu cür acı məğlubiyyətlə üzləşdi?

- Neçənci dəfədir belə halla üzləşirik. Oyuna yaxşı başlayırıq. Sonra bilmirəm nə baş verir, boşluq yaradırıq, ya arxayınlaşırıq, oyuna nəzarəti tam itiririk. Azarkeşlərimiz möhtəşəm idilər. Bizə əla dəstək versələr də, onları məyus etdik. Buna görə azarkeşlərdən üzr istəyirəm. Vəziyyəti dəyişmək üçün qol epizodlarımız var idi. Təəssüf ki, onları dəyərləndirə bilmədik. İnşallah, ikinci oyunda nəticəni xeyrimizə dəyişəcəyik. 

- Oyunun qırılma nöqtəsi nə oldu?

- 2:0-dan sonra çox arxayın oynadıq. Elə bildik ki, artıq matçın taleyi həll olunub. Söz tapmaq olmur... Artıq neçənci dəfədir ki, 2:0 önə keçdikdən sonra üçüncü qolu vura bilmirik, əvəzində isə rəqib geri dönüş edir. İkinci matça köklənməliyik. Hələ heç nə bitməyib. 

- Müdafiədə bu qədər səhvlərin olmasının səbəbi nədir?

- Məncə, biz 2:0-dan sonra çox rahat olduq. Elə bildik ki, 90 dəqiqə belə rahat gedəcək. Yekunda da bunun əziyyətini çəkdik. 

- Cavab matçında uğur qazanmaq üçün ilk növbədə nəyi dəyişmək lazımdır?

- İstədiyimiz nəticəni qazanmaq üçün birinci növbədə müdafiədə diqqətli olmalıyıq. Həmçinin qol epizodlarından daha yaxşı faydalanmalıyıq. “Dinamo” geri dönüş etdi. Onları təbrik edirəm. Biz isə başımızı aşağı salmalı deyilik. Cavab matçında lazımi nəticəni qazanmalıyıq. Azarkeşlərə borcumuz var. 

- Mərhələ adlayacağınıza inamınız qalıb?

- Əlbəttə, inam var. Oyundan sonra azarkeşlərlə də qısa söhbətimiz oldu. Onlar da bizə inamlarını bildirdilər. Bu inamı meydanda göstərməliyik.

- Yeri gəlmişkən, matçdan sonra Rza Cəfərovla azarkeşlər arasında narazılıq yaşandı. Həmin anda nə baş vermişdi?

- Olur belə hallar. Komanda uduzanda məyusluq yaşanır. Amma elə orada da həll etdik, problem yoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər