Menyu

Çin avtomobillərinin ehtiyat hissələri niyə problemə çevrilir?

Ayşən Sadıxzadə
Çin avtomobillərinin ehtiyat hissələri niyə problemə çevrilir?

Çin avtomobillərinin bazar payı sürətlə artsa da, onların əsas problemlərindən biri satış sonrası xidmət və ehtiyat hissələrinin əlçatanlığıdır. 

Bu sözləri Operativ Media-ya nəqliyyat üzrə texniki ekspert Razil Nağıyev deyib. 

O bildirib ki, bir çox model üçün ehtiyat hissələri yalnız istehsalçı ölkədən sifariş olunduğuna görə çatdırılma müddəti 90–180 günə qədər uzana bilir:

“Bu isə avtomobillərin uzun müddət servisdə qalmasına, müştəri məmnuniyyətinin azalmasına və brendin işgüzar imicinə mənfi təsir göstərir. Bundan əlavə, modellərin tez-tez yenilənməsi nəticəsində eyni avtomobilin müxtəlif istehsal illərində fərqli hissələrdən istifadə edilir ki, bu da düzgün ehtiyat hissəsinin seçilməsini çətinləşdirir.

Bu problemlərin həlli üçün distribütorların satış statistikası və nasazlıq analizləri əsasında ehtiyat planlaması aparması, həmçinin ABC analiz metodunun tətbiqi mühüm əhəmiyyət daşıyır.

ABC analizi ehtiyat hissələrini istifadə tezliyinə görə A (ən çox istifadə olunan və daim stokda saxlanılmalı), B (orta istifadə olunan və minimum ehtiyat səviyyəsi ilə idarə olunan) və C (nadir istifadə olunan, əsasən sifariş əsasında təmin edilən) qruplarına ayırmağa imkan verir. Bu təhlilin nəticələrinə əsasən, ən çox istifadə olunan və təchizat müddəti uzun olan kritik ehtiyat hissələri üçün minimum ehtiyat stokunun yaradılması məqsədəuyğundur”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər