Menyu

Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib

Operativ Media
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib

Payızlıq əkin mövsümünə hazırlıq çərçivəsində torpaq sahələrinin aqrokimyəvi analizinin vaxtında aparılması gələcək məhsuldarlığın artırılması və torpaq ehtiyatlarının səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Aqrar Xidmətlər Agentliyi fermerlərə tövsiyə edir ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzrə əkin bəyanını təqdim etməzdən əvvəl torpaq sahələrini aqrokimyəvi analizdən keçirsinlər. Analiz nəticələri torpağın mövcud vəziyyətinin düzgün qiymətləndirilməsinə, elmi əsaslandırılmış aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinə və əkin prosesinin daha səmərəli planlaşdırılmasına imkan yaradır.

Torpaq analizlərinin nəticələri əsasında torpağın qida elementləri ilə təminat səviyyəsi dəqiq müəyyən edilir və buna uyğun elmi əsaslandırılmış gübrələmə proqramı hazırlanır. Analiz nəticələrinə uyğun olaraq mineral gübrələrin düzgün növ və normada tətbiqi bitkilərin qida maddələrinə olan tələbatının optimal şəkildə qarşılanmasına, gübrələrdən səmərəli və məqsədyönlü istifadəyə, onların səmərəliliyinin artırılmasına imkan verir. Eyni zamanda, torpağın üzvi maddə və humus ehtiyatlarının artırılması, strukturunun yaxşılaşdırılması və bioloji fəallığının yüksəldilməsi məqsədilə üzvi gübrələrdən istifadənin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Mineral və üzvi gübrələrin torpağın aqrokimyəvi analiz nəticələri nəzərə alınmaqla balanslaşdırılmış şəkildə tətbiqi həm məhsuldarlığın artırılmasına, həm də torpaq münbitliyinin uzunmüddətli qorunmasına xidmət edir. Bu yanaşma münbit torpaqların tükənməsinin qarşısının alınmasına, mineral gübrələrdən səmərəli istifadəyə, eyni zamanda orqanik və bioloji gübrələrin tətbiqinin genişləndirilməsinə imkan yaradır. Bununla yanaşı, analiz nəticələri əsasında orqanik gübrələrin istifadəsinin təşviqi və əkin dövriyyəsinin (növbəli əkin) düzgün tətbiqi torpağın uzunmüddətli məhsuldarlığının qorunmasına xidmət edir. Torpaq tərkibinin ətraflı öyrənilməsi müxtəlif bölgələrdə hansı bitki növlərinin daha yüksək məhsuldarlıq verəcəyini müəyyən etməyə imkan yaratdığından fermerlər torpaq potensialına uyğun əkin planlaşdıraraq daha səmərəli nəticələr əldə edə bilərlər.

Aqrokimyəvi analizlər suvarma rejiminin elmi əsaslarla tənzimlənməsinə də şərait yaradır. Xüsusilə şoranlaşma riski yüksək olan ərazilərdə suvarma strategiyalarının təkmilləşdirilməsi, dağlıq və maili sahələrdə isə torpaq eroziyasının qarşısının alınması məqsədilə uyğun əkin texnologiyalarının və torpaq mühafizəsi tədbirlərinin seçilməsi analiz nəticələrinə əsaslanaraq daha effektiv həyata keçirilə bilər. Uzun illər intensiv istifadə olunan torpaqlarda qida maddələrinin azalması təbii prosesdir. Bu baxımdan torpaq analizlərinin nəticələri münbitliyin bərpası və artırılması üçün uzunmüddətli tədbirlərin müəyyən edilməsinə imkan verir. Düzgün aqrotexniki yanaşmaların tətbiqi torpaq ehtiyatlarının qorunmasına, ekoloji dayanıqlılığın gücləndirilməsinə və kənd təsərrüfatı istehsalının davamlı inkişafına xidmət edir.

Aqrar Xidmətlər Agentliyi fermerləri payızlıq əkinlərə başlamazdan əvvəl torpaq sahələrinin aqrokimyəvi analizini vaxtında həyata keçirməyə, nəticələrə uyğun əkin və gübrələmə planı hazırlamağa çağırır. Bu yanaşma məhsuldarlığın artırılması, keyfiyyətli və təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalı, torpaq ehtiyatlarının qorunması, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və idxaldan asılılığın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər