Menyu

Azərbaycan ilə Rusiya arasında elektron məlumat mübadiləsi müzakirə olunub

Operativ Media
Azərbaycan ilə Rusiya arasında elektron məlumat mübadiləsi müzakirə olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında ixrac baytarlıq sertifikatları üzrə elektron məlumat mübadiləsinin təşkili və təkmilləşdirilməsinə dair onlayn görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Görüş zamanı tərəflər əvvəlki razılaşmaların icra vəziyyətini nəzərdən keçirib, UN/CEFACT beynəlxalq standartları əsasında hazırlanmış servis spesifikasiyalarının texniki aspektlərini müzakirə ediblər. 

Müzakirələr zamanı texniki inteqrasiyanın növbəti mərhələləri və servis spesifikasiyalarının daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər müəyyənləşdirilib.

Qeyd olunub ki, əməkdaşlığın inkişafı ixrac baytarlıq sertifikatlarının beynəlxalq standartlara uyğun, etibarlı, şəffaf və operativ şəkildə elektron mübadiləsini təmin etməklə beynəlxalq ticarət proseslərinin sadələşdirilməsinə və rəqəmsallaşdırılmasına mühüm töhfə verəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər