Menyu

U-17 dünya çempionatı: Orxan Həbibli bürünc medal qazandı - YENİLƏNİB (3)

Operativ Media
U-17 dünya çempionatı: Orxan Həbibli bürünc medal qazandı - YENİLƏNİB (3)
1 dəq oxu

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibov Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal qazanıb.

Operativ Media xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə hindistanlı Kunal Dagarı məğlub edib.

***

27.07.26 (19:28)

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibov Bakıda keçirilən U-17 dünya çempionatının final mərhələsinə yüksələ bilməyib.

Operativ Media xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda ukraynalı İbrahim Nəsibova 3:4 hesabıyla məğlub olub.

O, sabah bürünc medal uğrunda mübarizə aparacaq.

***

14:50

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibov (65 kq) Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinal mərhələsinə yüksəlib. 

Operativ Media xəbər verir ki, o, 1/4 final mərhələsində özbəkistanlı Sardor Mahmudova tam üstünlüklə (9:0) qalib gəlib.

***

13:31

Bakıda güləş üzrə U-17 dünya çempionatı start götürüb.

Operativ Media xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli 65 kq çəki dərəcəsində 1/8 final görüşünə çıxıb. O, rumıniyalı Qabriel Lunquya tam üstünlüklə qalib gələrək (18:9) 1/4 finala yüksəlib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Əlaqəli Xəbərlər