Menyu

U-17 dünya çempionatı: İsfahan Həsənov gümüş medal qazandı - YENİLƏNİB (4)

Operativ Media
U-17 dünya çempionatı: İsfahan Həsənov gümüş medal qazandı - YENİLƏNİB (4)
1 dəq oxu

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.

Operativ Media xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı finalda İran təmsilçisi Əlirza Hassan Rezaiyə 1:2 hesabı ilə məğlub olub.

***

27.07.26 (19:22)

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.

Operativ Media xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Litva təmsilçisi Benediktas Bubeleviçusa qalib gələrək (4:2) həledici mərhələyə adlayıb.

İsfahan Həsənov sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Xatırladaq ki, idmançı 1/4 finalda türkiyəli Abdulxaliq Balı məğlub edib - 5:2.

***

15:26

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov (80 kq) Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinal mərhələsinə yüksəlib. 

Operativ Media xəbər verir ki, o, 1/8 final mərhələsində türkiyəli Əbdülxaliq Bala 5:2 hesabıyla qalib gəlib.

***

14:26

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov (80 kq) Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib. 

Operativ Media xəbər verir ki, o, 1/8 final mərhələsində polşalı Şimon Stanislav Trederə son xal prinsipinə əsasən (*1:1) qalib gəlib.

***

12:39

Bakıda güləş üzrə U-17 dünya çempionatı keçirilir.

Operativ Media xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov 80 kq çəki dərəcəsində ilk görüşünə çıxıb. O, xorvatiyalı Toma Yelensə 6:0 qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Əlaqəli Xəbərlər