Menyu

Sahibə Qafarova Efiopiyaya rəsmi səfərə gəlib

Operativ Media
Sahibə Qafarova Efiopiyaya rəsmi səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfərə gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Əddis-Əbəbə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyətini Efiopiya Parlamenti Xalq Nümayəndələr Palatası sədrinin müavini Lomi Bedo, Xarici İşlər Nazirliyinin dövlət naziri Berhanu Tsegaye və Protokol xidmətinin rəisi Melaku Bedada, Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər