AFFA-nın baş katibi çimərlik futbolu üzrə milli üzvləri ilə görüşüb (fotolar)
Operativ Media
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Gürcüstanın Batumi şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.
Operativ Media xəbər verir ki, görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, milli komandanın məşqçi heyəti və futbolçuları iştiral ediblər.
Cahangir Fərəcullayev komandanı B Liqasının qalibi olması və A Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib. Baş katib millimizə Avropanın ən güclü komandalarının mübarizə apardığı A Liqasında uğurlar arzulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma