Menyu

DİM sədri: Bu il magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Operativ Media
DİM sədri: Bu il magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78.41%-i) dolub.

Operativ Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 faizdən çoxu dolub.

"Onlardan 7-də qəbul göstəricisi 90 faizdən yuxarıdır. Qəbul proqramları üzrə də oxşar mənzərə müşahidə olunur. 45 proqram üzrə plan yerlərinin 70 faizdən çoxu, 8 proqram üzrə isə bütün plan yerləri dolub.

Qəbul olunanların qeydiyyatı başa çatdıqdan sonra hazırda boş qalan 3 813 plan yeri, eləcə də qeydiyyatdan keçməyən bakalavrlar səbəbindən boş qalan yerlərlə bağlı ayrıca məlumat paylaşacağıq. Həmin yerlər üzrə yenidən müsabiqə keçiriləcək",- M. Abbaszadə vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər