Menyu

Metronun "Dərnəgül" stansiyasında yaranmış problemin səbəbi açıqlanıb

Əsəd Abbaslı
Metronun "Dərnəgül" stansiyasında yaranmış problemin səbəbi açıqlanıb

29 iyul tarixində saat 23:55 radələrində Bakı metropolitenini qidalandıran yüksək gərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin "Memar Əcəmi–Dərnəgül" sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq "Bakı Metropoliten" QSC-dən bildirilib.

Qeyd edilib ki, operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər